Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cəbhə bölgəsindəki “N”saylı hərbi hissədə Silahlı Qüvvələr günü ilə əlaqədar tədbir keçirilib

0

  •         Azərbaycanın ərazi bütövlüyünü qoruyan zabit, gizir və əsgərlərə dayaq olmaq hər bir ölkə vətəndaşının borcudur. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun fəalları bu borcu aydın dərk edir, mütəmadi olaraq cəhbə bölgələrindəki hərbi hissə və taborlarda xidmət edən ərənlərlə görüşür, onların qarşısında maraqlı tədbir proqramları təşkil edirlər. Belə tədbirlərdən biri 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü ilə əlaqədar ön cəbhədə keçirildi.
            Cəbhə bölgəsindəki “N” saylı hərbi hissədə keçirilən tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, tanınmış aparıcı və müğənni İslam Ələsgərov açdı. İslam müəllim sözü tədbirin təşkilatçısı - “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Vətən müharibəsi veteranı, jurnalist Şamil Sabiroğluna verdi. Ş.Sabiroğlu 2018-ci ildə Dövlət Başçısı İ.Əliyevin müvafiq tapşırıqlarına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin 100 illik yubileylərinin təntənəli şəkildə qeyd olunduğunu toplantı iştirakçılarının nəzərinə çatdırdı. Şamil müəllim xüsusi olaraq qeyd etdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Ordusunun maddi-texniki imkanlarının artması üçün əllərindən gələni əsirgəmir.
            Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov General-polkovnik Zakir Həsənovun rəhbərliyi dövründə Silahlı Qüvvələrin şəxsi heyətinin qazandığı uğurlardan danışdı.
            Respublika “Gəncliyə Yardım Fondu”nun vitse-prezidenti Salman Əliyev Ordunun kişilik məktəbi olduğunu qeyd etdi. Cəbrayıl rayonundan olan vətənpərvər insan, hazırda Bakıdakı 269 nömrəli tam orta məktəbin müəllimi Firduz Əhmədov, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, iş adamı xanım Arzu Əliyeva, ictimai xadim xanım Zəminə Səfərova, doktor Rəna Xudiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin əməkdaşı, şairə Aynur Qafarlı,  “Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma” ictimai birliyinin üzvü, doktor-stomotoloq Əli Mirzalıyev, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, Qubadlı rayonundan məcburi köçkün, şəhid övladı Ələkbər Ələsgərov, Azərbaycan MEA-nın əməkdaşı xanım Könül Ələsgərova və başqaları çıxış edərək şəxsi heyəti  26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü ilə əlaqədar təbrik etdilər. Daha sonra istedadlı müğənni İslam Əsləsgərov və azyaşlı Mehdi Həsənov zabit, gizir və əsgərlər qarşısında maraqlı konsert proqramı ilı çıxış etdilər.
             “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Vətən müharibəsi veteranı, jurnalist Şamil Sabiroğlu yenicə imzaladığı Fəxri Fərmanı həmin gün öz doğum gününü ön cəbhədə qeyd edən doktor xanım Rəna Xudiyevaya təqdim etdi. Hərbi hissənin zabiti Rüstəm Məmmədov da xüsusi Təşəkkürnaməni xanım Rəna Xudiyevaya təqdim etdi. 
            Sonda hərbi xidmətdə fərqlənən zabit, gizir və əsgərlərə hər iki QHT adından xüsusi təşəkkürnamələr təqdim edildi.
             Daha sonra qonaqlar hərbi hissə ilə yaxından tanış oldular, əsgər yeməkxanasında çay süfrəsi arxasında söhbəti davam etdirdilər.

                                     Şamilə Şamilqızı,

                  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 

                   III kurs tələbəsi.

                 Fotolar: “xebertv.az” saytının xüsusi müxbiri

                      Ələkbər Ələsgərliyə məxsusdur.

                     Cəbhə bölgəsi, 27.06.2019.










































    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib28 dəfə
    Cəbhə bölgəsindəki “N”saylı hərbi hissədə Silahlı Qüvvələr günü ilə əlaqədar tədbir keçirilib

    Maraqlı gələ bilər
    49
    16
    40
    31